CareerFit, istifadəçilərin CV-lərini və maraq sahələrini analiz edərək onlara uyğun vakansiyalar təklif edən AI əsaslı iş axtarışı platformasıdır. Təhlükəsiz və intuitiv interfeys üzərindən istifadəçilər öz CV-lərini sistemə yükləyir və NLP texnologiyası ilə bu sənədlər oxunaraq əsas bacarıqlar, təcrübə sahələri və maraqlar çıxarılır. Əgər CV-si yoxdursa elə oradaca məlumatları əlavə edə bilir. Ardınca platforma, aktual iş elanlarını təhlil edərək uyğunluq faizinə əsaslanan təkliflər təqdim edir.