Tədqiqat çərçivəsində fərziyyələri əhatə edən və 9 sualdan ibarət müsahibə hazırlanmış və 8 real istifadəçi ilə 1:1 sorğu keçirilmişdir. İştirakçıların yaş aralığı 19–35 arasında dəyişməkdədir.

Müsahibə sualları

Giriş

(İstifadəçiyə təqdim olunacaq hissə)

"Salam! Mən KaryeraFit adlı iş axtarış platformasının hazırlanması üzərində işləyirəm. Burada süni intellekt vasitəsi ilə CV analiz edilir və nəticəsində uyğun işlər təqdim olunur.

Bu müsahibənin məqsədi siz və sizin kimi istifadəçilərin iş axtarış təcrübəsini, ehtiyaclarını və çətinliklərini daha yaxşı anlamaqdır. Sizin fikirləriniz çox dəyərlidir və yalnız tədqiqat məqsədilə istifadə olunacaq. Təxminən 25–30 dəqiqə çəkəcək. Başlayaq?"


🟪 Tanışlıq və Kontekst

1 - Sizi daha yaxından tanıyaq. Zəhmət olmasa adınızı, yaş aralığınızı və hal-hazırda nə işlə məşğul olduğunuzu deyə bilərsinizmi?


🟩 İş Axtarış Təcrübəsi və Çətinliklər

2 - İş axtarış prosesi sizin üçün ümumilikdə necə keçir? Bu prosesdə ən çox nədə çətinlik yaşayırsınız və ya yaşamısınız?


🟥 AI Vakansiya Tövsiyələri Təcrübəsi və Hisslər

Təsəvvür edin ki, sistem CV-ni təhlil edir və sizə uyğun vakansiyalar təklif edir.

3- Belə bir sistem sizdə hansı hisləri oyadardı? Əvvəllər bu tip funksiyadan istifadə etmisinizsə, təcrübəniz necə olub?


🟨 Uyğunluq faizi

4 - Bir vakansiyaya müraciət etməzdən əvvəl, bu vakansiyayın sizə nə qədər uyğun olduğunu faizlə görsəydiniz (məsələn: 80% uyğun), bu qərarınıza necə təsir edərdi?