KariyerFit platforması üçün iki fərqli istifadəçi personası təqdim olunub. Bu personalar, istifadəçi ehtiyaclarını və davranışlarını daha yaxşı anlamağa və platformanın inkişafını bu ehtiyaclara uyğunlaşdırmağa kömək edəcək.
👩 User Persona 1: Ləman Qasımova – İlk işini axtaran təcrübəsiz dizayner
- Yaş: 22
- Peşə: UX/UI dizayn tələbəsi
- Təhsil: Yeni məzun (Dizayn kursu və bakalavr)
- Quote: “Mənə uyğun vakansiyaları tapmaq üçün saatlarla araşdırma aparmaq məni yorur.”
📝 Bio:
Ləman dizayn sahəsində yenicə təhsil alıb və artıq real iş təcrübəsi qazanmaq üçün ilk addımlarını atır. Onun CV-si zəngin deyil, buna görə platformalara qeydiyyat və müraciət prosesi onun üçün çətin və streslidir. İşəgötürənlərin çox zaman təcrübə tələb etməsi, Ləmanı təcrübə proqramları və junior vakansiyalar axtarmağa yönəldir. O, vaxt itkisi olmadan öz bacarıq səviyyəsinə uyğun vakansiyalar görmək, müraciət edib-edilməməyə tez qərar vermək istəyir.
💢 Pain Points (Ağrı nöqtələri):
- Platformalarda CV yükləmədən giriş mümkün deyil,
- Vakansiyalar çox qarışıq və uzun şəkildə yazılıb, filtrləmə zəifdir
- Uyğun olub-olmadığını bilmədən müraciət edir və nəticə ala bilmir
- Müraciət etdiyi yerlərdən geri dönüş almır
🎯 Goals (Məqsədlər):
- CV-siz belə ilkin baxışla özünə uyğun vakansiyaları görə bilmək
- Bacarıq və maraqlarını redaktə edib AI nəticələrini özünə uyğunlaşdırmaq
- Uyğunluq faizi və səbəbini görərək vaxtını düzgün bölmək