| Sertifikat və motivasiya |
“Sertifikat varsa, daha çox motivasiyam olur”, “CV-yə əlavə etmək üçün lazımdır” |
Rəsmi və tanınan sertifikatlar istifadəçilər üçün motivasiyanı artırır və kursu başa çatdırmaq ehtimalını yüksəldir. |
| Modul quruluşu və dərs uzunluğu |
“Qısa dərslər daha rahat olur”, “10 dəqiqəlik dərsləri izləmək daha asandır” |
Kiçik və bölünmüş modullar istifadəçilər üçün öyrənməni daha davamlı və əlçatan edir. |
| Praktik bacarıqlar |
“Real nümunələrlə işləməyi xoşlayıram”, “Yalnız nəzəriyyə ilə çətindir” |
İstifadəçilər praktiki tapşırıqları nəzəriyyədən üstün tutur və öyrənməni real ssenarilərlə əlaqələndirmək istəyirlər. |
| AI və dəstək sistemi |
“Sual verə bilmədiyim üçün yarımçıq qoyuram”, “Heç kim kömək etmir” |
Mentor və ya chatbot dəstəyi çatışmadıqda istifadəçilər özlərini təcrid olunmuş və motivasiyasız hiss edir. |
| İnteraktivlik və sosial öyrənmə |
“Forum və şərhlər olsa yaxşı olar”, “Başqalarının suallarını görmək istəyirəm” |
Forum, şərh və müzakirə bölməsi istifadəçilərin öyrənmə prosesində sosial əlaqə yaratmasına və daha çox iştirak etməsinə səbəb olur. |
| Gamification (oyunlaşdırma) |
“Xal toplamaq və leaderboard maraqlıdır”, “Bu məni həvəsləndirir” |
Oyunlaşdırma elementləri (xal, nişan, liderlik cədvəli) öyrənməni daha maraqlı və rəqabətli edir. |
| Video izləmə zamanı qeyd aparmaq |
“Videoya baxarkən not götürə bilmək rahatdır”, “Əlavə səhifə açmadan qeyd aparmaq istəyirəm” |
Eyni səhifədə həm video izləmək, həm də qeyd aparmaq istifadəçilər üçün zaman və diqqət baxımından daha effektivdir. |